Eqeskov qəsri
From Wikipedia, the free encyclopedia
Eqeskov qəsri (dan. Egeskov Slot) — Danimarkanın Fin adasının cənubunda yerləşən qəsr. Qəsr Avropa intibah dövrünün ən gözəl abidəsidir. Qəsr 1554-cü ildə Frands Brakenhaus tərəfindən inşa edildi. Danimarka xalqının XVI əsrdə qaldırdığı müharibə üzündən bir çox əsilzadə evlərini qalaya çevirmişdilər Qəsr maksimum dərinliyi 5 metr olan gölün yaxınlığında tikilmişdir və qəsrə yeganə giriş körpüdəndir. Deyilənlərə görə qəsri tikmək üçün xeyli palıd ağacından istifadə etmişdilər. "Egeskov" "Palıd meşəsi" deməkdir.
Cəld faktlar Ölkə, Yerləşir ...
Eqeskov qəsri | |
---|---|
Egeskov Slot | |
55°10′35″ şm. e. 10°29′22″ ş. u. | |
Ölkə | Danimarka |
Yerləşir | Fin adası |
Tikilmə tarixi | 1554 |
Üslubu | İntibah memarlığı |
Sahəsi | 1,131 ha |
Rəsmi sayt | egeskov.dk |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla