Endimion (krater)
From Wikipedia, the free encyclopedia
Endimion (ing. Endymion) — Ayın şimal-şərq hissəsində yerləşən krater. Krater Soyuq dənizin şərqində, Əbədiyyət gölünün şimalında yerləşir. Cənub-qərbində ondan bir az kiçik olan Atlas krateri yerləşməkdədir. Yerləşdiyi mövqeyə görə Endimion krateri perespektivdən ovalşəkilli görünüşə malikdir. Kraterin yaxınlığında Humbolt dənizi yerləşir.
Cəld faktlar Koordinatlar, Diametr ...
Endimion | |
---|---|
Koordinatlar | 53°36′ şm. e. 56°30′ ş. u.53,6° şm. e. 56,5° ş. u. / 53.6; 56.5G |
Diametr | 125 km |
Krater dərinliyi | 2,6 km |
Sferik sistemin koordinatları | 306° günəş çıxan zaman |
Eponim | Endimion |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Kraterin döşəməsi az-albedolu lava ilə örtüldüyündən bu ona qara rəngli görünüş verir və yerləşdiyi yerin müəyyən edilməsini asanlaşdırır. Döşəmə demək olar ki, hamar və maraqsızdır, sadəcə bir neçə çox kiçik kraterlet vardır. Kraterin xarici istehkamı eroziyaya görə alçaq və genişdir.