Emmelin Pankhörst
From Wikipedia, the free encyclopedia
Emmeline Pankhörst— Britaniya ictimai və siyasi fəalı, qadın hüquqlarının müdafiəçisi, Britaniya sufrajistlər hərəkatının lideri olub və qadınların seçki hüququ uğrunda mübarizədə mühüm rol oynayıb. Qızları Silviya, Adela, Kristabel onun işini davam etdirmişlər.
Emmelin Pankhörst | |
---|---|
Emmeline Pankhörst | |
Doğum tarixi | 15 iyul 1858(1858-07-15)[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyun 1928(1928-06-14)[3][4][…] (69 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Həyat yoldaşı | |
Uşaqları | |
Təhsili | |
Fəaliyyəti | sufrajist, siyasətçi, qadın hüquqları fəalı[d], insan hüquqları fəalı, yazıçı |
Partiyası |
|
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
1999-cu ildə Time jurnalı Pankhörstü 20-ci əsrin 100 ən görkəmli şəxsiyyətlərindən biri adlandıraraq qeyd edirdi: “O, zəmanəmizin qadın obrazını yaradıb, cəmiyyəti geri dönüşü mümkün olmayan yeni səviyyəyə çıxarıb".[8] O, aqressiv və mübariz üslubuna görə tez-tez tənqid olunsa da, onun həyat nailiyyətlərinin Böyük Britaniyada qadınların səsvermə hüquqlarının genişləndirilməsində mühüm rol oynadığı əksəriyyət tərəfindən qəbul olunur. Bununla belə, onun fəaliyyətinin səsvermə hüququ uğrunda mübarizədə ictimai dəstəyə real təsiri ilə bağlı tarixçilər arasında hələ də ümumi razılıq yoxdur.
Emmeline Pankhörst Mançesterdə doğulub böyüyüb. Valideynləri ingilis cəmiyyətinin siyasi fəal hissəsinə mənsub idilər, buna görə də Emmelinin sufrajist hərəkatı ilə səkkiz yaşında tanış olması təəccüblü deyil. Valideynləri onu sakit ailə həyatına, həyat yoldaşı və ana roluna hazırlayırdılar, lakin bu, onun Parisdəki pedaqoji məktəbdə oxumasına mane olmadı. 1878-ci ildə o, qadınların seçki hüququ kampaniyasına dəstək verməsi ilə tanınan vəkil Riçard Pankhörstla evləndi; evliliyində beş uşaq dünyaya gətirdi. Pankhörst qadınların dünyəvi fəalliyyətini fəal şəkildə təbliğ edirdi və 1889-cu ildə cütlük Qadınların Seçki Hüququ Liqasını qurdu. Təşkilat dağılanda Emmeline sosialist K.Hardi ilə dostluq əlaqələri vasitəsilə solçu Müstəqil İşçi Partiyasına qoşulmağa çalışdı, lakin partiyanın yerli şöbələrindən biri ərizəçinin cinsinə əsaslanaraq onun üzvlüyünü rədd etdi. O, həm də Yoxsullara Yardım Şurasında xidmət etmişdi, burada Mançester İş Evindəki şəraitdən dəhşətə gəlmişdi.
1903-cü ildə, ərinin ölümündən sonra Pankhörst qadınların səsvermə hüquqları uğrunda mübarizə aparan, aktivist təşkilat, Qadınların İctimai və Siyasi Birliyini (ing. Women’s Social and Political Union) qurdu.
Onun şüarı “sözdə deyil, əməldə” idi.
Birlik əksər Britaniya siyasi partiyalarına münasibətdə müstəqil, hətta müxalif qüvvəni təmsil edirdi. Üzvləri pəncərələri sındırdıqları, polis əməkdaşlarına hücum etdikləri üçün birlik qısa zamanda qalmaqallı reputasiya qazandı. Pankhörst qızları ilə birlikdə dəfələrlə həbs cəzasına məhkum edilib. Həbsxanalarda o, məhkumların həyat şəraitinin yaxşılaşdırılması tələbi ilə aclıq aksiyasına başlayıb. Hökumət və birlik arasındakı ziddiyyət Pankhörstün böyük qızı Kristabelin təşkilat rəhbərliyinə gəlməsi ilə daha da pisləşdi. Zamanla yanğın və partlayışlar törətmək feminist birliyinin taktikasına çevrildi və Pankhörst ailəsi daha mötədil təşkilatların ümumi qınağına səbəb oldu. 1913-cü ildə QİSB-in bir neçə tanınmış nümayəndəsi, o cümlədən Pankhörstün iki kiçik qızı, Adela və Silviya təşkilatı tərk etdi. Ailə münasibətlərindəki nifaq birdə heç vaxt həll olunmadı.
Birinci Dünya müharibəsi başlayanda Emmeline və Kristabel “Alman təhlükəsi”nə qarşı mübarizədə Britaniya hökumətinə dəstək məqsədilə savaşçı sufrajist hərəkatına son qoyulmasını tələb etdilər. Onlar qadınları sənaye istehsalını inkişaf etdirməyə çağırır, gəncləri cəbhəyə getməyə həvəsləndirirdilər. 1918-ci ildə parlament aktı 30 yaşdan yuxarı bütün qadınlara səsvermə hüququ verdi. Pankhörst QİSB-ni, qadınlar üçün bərabər vətəndaş hüquqları uğrunda mübarizə aparan Qadınlar Partiyası (ing. Women’s Party) olmaqla yenidən təşkil etdi. Ömrünün son illərində bolşevizmin özü ilə gətirdiyi təhlükədən narahat idi və müstəqil siyasi fəaliyyətdə uğursuzluğa düçar olduqdan sonra Mühafizəkarlar Partiyasının sıralarına daxil oldu. Emmeline Pankhörst 1928-ci ildə vəfat etdi və iki il sonra onun xatirəsi Londonda Viktoriya qülləsi yaxınlığındakı parkda heykəl ucaldılması ilə əbədiləşdirildi.