Elina Hacıyevanın ölümü
From Wikipedia, the free encyclopedia
8-ci sinif şagirdi, 14 yaşlı Elina Ədalət qızı Hacıyeva 2019-cu il aprelin 4-ü səhər saat 10-a 11 dəqiqə işləmiş özünü oxuduğu məktəbin 3-cü mərtəbəsindən ataraq intihar etdi. O, təhsil aldığı məktəblərdə davamlı zorbalığa məruz qalmış və bu səbəbdən dəfələrlə məktəb dəyişdirmişdir. Bu onun 2-ci intihar cəhdi olub.
Bu səhifədə iş davam etməkdədir. Müdaxilə etməyə tələsməyin!
|
Cəld faktlar Tarix, Saat ...
Elina Hacıyevanın ölümü | |
---|---|
| |
Tarix | 4 aprel 2019 |
Saat | 09:11 |
Yeri | 162 nömrəli tam orta məktəb, Bakı, Azərbaycan |
Səbəbi | zorbalıq |
Nəticəsi | hündürlükdən atlayaraq intihar |
Dəfn yeri | II Zabrat qəbiristanlığı, Zabrat, Sabunçu rayonu, Bakı, Azərbaycan |
Bağla
O, özünü atdıqdan sonra müxtəlif ağır bədən xəsarətləri almış və şüuru qapalı vəziyyətdə sorğuya çəkilmişdir. Elina komaya girmiş və 2 gün sonra xəstəxanada ölmüşdür. Onun intiharı cəmiyyətdə rezonans doğurmuşdur. II Zabrat qəbiristanlığında dəfn edilib.
Bu hadisə 2015–2019-cu illərdə Azərbaycanda baş verən 10-cu məktəbli intihar hadisəsi olub.