Dünya turizm reytinqləri
From Wikipedia, the free encyclopedia
Dünya turizm reytinqləri (ing. World Tourism rankings) — Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı tərəfindən ildə üç dəfə açıqlanan turizm reytinqi. Bu reytinqdə BMT-yə üzv olan region və subregionlar beynəlxalq turistlərin sayına, daxili turizmdən əldə olunan gəlirə və xaricə gedən ziyarətçilərin xərclərinə əsasən sıralanmışdır.