Dominikan Respublikası
From Wikipedia, the free encyclopedia
Dominikan Respublikası - (İspan República Dominicana, oxunuşu 'republika Dominikana') Karib dənizindəki Hispanyola adasında yerlşən bir ölkədir. Hispanyola Puerto-Rikonun qərbində, Kuba və Yamaykanın şərqində yerləşir. Venesuela ilə dəniz sərhədi vardır. Adanın qərb hissəsində Haiti yerləşir. Dominikan Respublikası ilə Dominika qarışdırılmamalıdır.
Dominikan Respublikası Avropalıların Amerika qitələrində ilk məskunlaşma yeridir. Paytaxtı, Santo-Dominqo da Amerikalardaki ilk müstəmləkə paytaxtı idi.[3][4] Müstəqilliyinin böyük bir hissəsində ölkədə siyasi böhran yaşanmış, xalqı təmsil etməyən və təzyiqçi bir çox hökumət tərəfindən idarə edilmişdir. 1961-ci ildə diktator Rafael Leonidas Trujillo Molinanın ölümündən sonra Dominikan Respublikası təmsili demokratiyaya keçmişdir.
Dominikan Respublikası | |||||
---|---|---|---|---|---|
República Dominicana (isp.) | |||||
| |||||
"Dios, Patria, Libertad" (İspanca) ("Tanrı, Vətən, Azadlıq") |
|||||
Himn: |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Santo-Dominqo | ||||
İdarəetmə forması | Respublika | ||||
Prezident | Luis Abinader | ||||
Vitse-prezident | Margarita Cedeño de Fernández | ||||
Sahəsi | Dünyada 132-ci | ||||
• Ümumi | 48442 km² | ||||
• Su sahəsi (%) | 0.7 | ||||
Əhalisi | |||||
• Əhali | 10,5 milyon nəfər (86-cı) | ||||
• Siyahıyaalma (1.XII.2010) | 9 445 281 nəf. | ||||
• Sıxlıq | 217 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 138 milyard dollar (74-cü) | ||||
• Adambaşına | 13 000 dollar (114-cü) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2009) | $44.716 milyon dollar | ||||
• Adambaşına | $4,952 dollar | ||||
Valyuta | Dominikan pesosu | ||||
İnternet domeni | .do | ||||
ISO kodu | DO | ||||
BOK kodu | DOM | ||||
Telefon kodu | +1809, +1829, +1849 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Dominikan Respublikası Latın Amerikasının Vest-Hind subregionuna daxildir.
Dominikan Respublikasının Avropadan gələn ilk ziyarətçisi Xristofor Kolumb 500 il əvvəl adaya ilk ayaq basdığında, bu quru parçasının gözəlliyi qarşısında ovsunlanmış və Kral Ferdinand ilə Kraliça Isabelaya bu sətirləri yazmışdı: "Bura insan gözünün görə biləcəyi ən gözəl yer". Bu günə qədər də Kolombun bu sözünə etiraz edən çıxmadı.
Dominik Respublikası İspan, Fransız, Haiti və Afrikalı mədəniyyətlərinin rəngli bir sintezidir. Qum-dəniz-günəş üçlüyünün ən gözəlini təqdim edən ölkə, eyni zamanda bütün duyularınıza xitab edən bənzərsiz bir mədəni təcrübə vəd edir.[5]