Dünya okeanı
From Wikipedia, the free encyclopedia
Dünya okeanı — hidrosferanın 96,5 %-ni təşkil etməklə onun əsas hissəsini təşkil edir. Yerin kəsilməz, ancaq bir sahədə yerləşməyən, materik və adalarını əhatə edən və ümumi duzluluğu ilə xarakterizə olunan su sahəsi.
Qitələr və böyük arxipelaqlar dünya okeanlarını dörd böyük hissəyə bölür: Atlantik , Hind , Sakit və Şimal Buzlu okeanları. 2000-ci ildə Beynəlxalq Hidroqrafiya Təşkilatı beşinci Cənubi Okeanın ayrılmasını təklif etdi.
Okeanların böyük sahəli hissələri dəniz, körfəz, boğaz və s. adlanır. Okeanlar haqqında elm okeanologiya adlanır.[1]