Dövlətsiz cəmiyyət
From Wikipedia, the free encyclopedia
Dövlətsiz cəmiyyət — dövlət tərəfindən idarə olunmayan cəmiyyət.[1]
Dövlətin olmadığı cəmiyyət bəşəriyyətin tarixdən əvvəlki dövrlərində normal olsa da, bu gün az sayda dövlətsiz cəmiyyət mövcuddur. Çünki bəzi regionlarda nominal dövlət orqanları çox zəif olsa da, demək olar ki, bütün dünya əhalisi hər hansı bir suveren dövlətin ərazisi daxilində yaşayır. Tarix boyu bəzi dövlətsiz xalqlar ətraflarında olan dövlətə tabe cəmiyyətlərə inteqrasiya etmişdirlər.[2]
Bəzi siyasi fəlsəfələr, xüsusən də anarxizm dövləti arzuolunmaz bir qurum, dövlətsiz cəmiyyətləri isə ideal hesab edir, marksizm isə hesab edir ki, post-kapitalist cəmiyyətdə dövlətə ehtiyac qalmayacaq və o yox olacaq.