Corc Koval
Günel Xanlarova- 177 nömrəli tam orta məktəbin direktoru / From Wikipedia, the free encyclopedia
Corc Abramoviç Koval (ing. George Abramovich Koval, rus. Жорж Абрамович Коваль, translit. Jorj Abramoviç Koval; 25 dekabr 1913, Su-Siti[d], Ayova, ABŞ – 31 yanvar 2006, Moskva, Rusiya) — Sovet atom bombası layihəsi üçün Sovet İttifaqı adına kəşfiyyat vəzifəlisi olaraq xidmət edən Amerika Birləşmiş Ştatları vətəndaşı casus, alim, texnika elmləri namizədi. Sovet mənbələrinə görə Kovalın Sovet Baş Kəşfiyyat İdarəsinin (BKİ) agenti olaraq Manhetten layihəsinə sızıb məlumat ötürməsi Sovet İttifaqının nüvə silah inkişaf etdirməsi üçün lazım olan müddəti böyük ölçüdə azaldıb.
Corc Koval | |
---|---|
ing. George Abramovich Koval rus. Жорж Абрамович Коваль | |
Doğum tarixi | 25 dekabr 1913(1913-12-25) |
Doğum yeri | |
Vəfat tarixi | 31 yanvar 2006(2006-01-31) (92 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Həyat yoldaşı | Lüdmila İvanova |
Elmi dərəcəsi | |
İş yeri |
|
Təhsili |
|
Tanınır | Delmar |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Koval Rusiyadan köçmüş yəhudi bir ailənin uşağı olaraq Amerika Birləşmiş Ştatlarının Ayova ştatına bağlı Su-Sitidə anadan olub. Yetkinlik dövrünə çatdıqdan bir müddət sonra ailəsiylə birlikdə Sovet İttifaqı, Birobicana köçüb. Sonradan, Baş Kəşfiyyat İnstutuna daxil olaraq burada ali təhsilini davam etdirib və buranı bitirdikdən sonra "Delmar" kod adı ilə vəzifəyə başlayıb. 1940-cı ildə Amerika Birləşmiş Ştatlarına geri qayıtdıqdan sonra 1943-cü ilin əvvəllərində Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinə sızdı. Koval Amerika Birləşmiş Ştatlarının atom tədqiqat laboratoriyalarında çalışdı və ölkənin atom silahlarında istifadə etdiyi polonium, plutonium və uranium elementlərinin istehsal prosesləri və həcmləri haqqında Sovet İttifaqına gizli məlumatlar ötürdü. II Dünya Müharibəsindən sonra isə silahlı qüvvələrdən qovuldu. 1948-ci ildə ölkədən bir daha geri qayıtmamaq üzrə ayrılıb. Kovalın casusluq fəaliyyətlərinin üstünün açılması isə 2002-ci ildə baş tutdu.
2007-ci ildə Rusiya prezidenti Vladimir Putin tərəfindən Corc Kovala "xüsusi vəzifələrdə nümayiş etdirdiyi cəsarət və qəhrəmanlıq" fəaliyyətinə görə Rusiya Federasiyasının Qəhrəmanı adı verilmişdir.