Coker (Qara cəngavər)
From Wikipedia, the free encyclopedia
Coker (ing. The Joker) — Kristofer Nolanın 2008-ci ildə çıxarılmış "Qara cəngavər" adlı superqəhrəman filmində Avstraliya aktyoru Hit Ledcer tərəfindən canlandırılmış DC Comics uydurma mənfi obrazıdır. Ledcerin personaj interpretasiyası Betmen: Öldürən zarafat və Arkham Asylum: A Serious House on Serious Earth qrafik romanlarından təsirlənmişdir. Onun fiziki xüsusiyyətinə Qlazqo gülüşünü əhatə edən kloun makiyajı aiddir.
Coker | |
---|---|
ing. The Joker Qara cəngavərdə obraz | |
Yaradan | Kristofer Nolan, Conatan Nolan |
Canlandıran | Hit Ledcer |
Məlumat | |
Təxəllüslər | Xaos daşıyıcısı |
Cinsi | Kişi |
Milliyyəti | amerikan |
Anarxiya və xaos fəlsəfi ideyalarını rezümə edən bu canlandırma, Ledcerin Terri Gilliamın "Qrim qardaşları" fantastik filmindəki kloun səhnəsi də daxil olmaqla, əvvəlki rolları ifa texnikasını da ehtiva edir. Bundan başqa o, Frensis Bekonun rəsm əsərlərinə, Entoni Bercessin "Qurulan portağal" romanına və müxtəlif pank-rok ifaçılarına istinad edir.
Müasir dövrün ən ikonik performanslarından biri kimi qəbul edilən Coker, Ledcerin ən yaxşı işlərindən biri hesab edilir; aktyor özü bu rolu ən xoş rolu hesab edirdi. 2008-ci ilin iyulunda filmin çıxarılmasından altı ay sonra Hit Ledcer doza həddinin aşılmasından (sui-qəsd hesab edilir) vəfat etmişdir. Onun bu performansı sensasiya kimi qəbul edilmiş, tənqidçilər tərəfindən çox müsbət qarşılanmış, Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatı da daxil olmaqla, aktyora ölümündən sonra bir çox mükafatlar qazandırmışdır.