Cəlilabad rayonu
Azərbaycanda rayon / From Wikipedia, the free encyclopedia
Cəlilabad rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Cəlilabad şəhəridir.
Bu məqalə Cəlilabad şəhəri haqqındadır. Şəhər üçün Cəlilabad şəhəri səhifəsinə baxın. |
Rayon | |
Cəlilabad rayonu | |
---|---|
|
|
Ölkə | |
Daxildir | Lənkəran-Astara |
İnzibati mərkəz | Cəlilabad |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 avqust 1930 |
Sahəsi |
|
Hündürlük | 18 m |
Əhalisi | |
Əhalisi | 231.800 nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-CAL |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində mövcud olmuş Həməşərə şəhəri b.e.ə. II minilliyə aiddir. Tarixi mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala ilə əhatə olunduğu göstərilir. Ərəblərin hücumundan sonra Həməşəra şəhəri dağılıb və sonrakı dövrlərdə Hasıllı şəhəri məşhurlaşıb. XIX əsrin 30-cu illərində rusların Azərbaycana köçürülməsi nəticəsində azərbaycanlılarla rusların birgə məskunlaşdığı Astarxanbazar şəhəri əyalətin mərkəzinə çevrilib. Cəlilabad rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 1967-ci ilədək Astarxanbazar, 2 iyun 1967-ci ildən isə görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılıb. 26 may 1964-cü ildə Biləsuvar inzibati ərazi vahidi rayonun tərkibinə qatılıb, 6 yanvar 1965-ci ildə yenidən ayrılaraq müstəqil rayona çevrilib.[1]