Cəbəllüttariqin ələ keçirilməsi
Cəbəllütariqin İngiltərə nəzarətinə keçməsi / From Wikipedia, the free encyclopedia
Cəbəllüttariqin ələ keçirilməsi — 31 iyul - 4 avqust 1704-cü il tarixlərində İspaniya mirası uğrunda müharibə zamanı İspaniyanın Cəbəllüttariq qalasının ələ keçirilməsi ilə bitən müttəfiq İngiltərə-Hollandiya donnanmasının əməliyyatı. Bu əməliyyatdan sonra İspaniya birdəfəlik Cəbəllüttariqi itirdi.
Cəbəllüttariqin ələ keçirilməsi | |||
---|---|---|---|
İspaniya mirası uğrunda müharibə | |||
| |||
Tarix | 1–4 avqust 1704-cü il[1] | ||
Yeri | Cəbəllüttariq, İspaniya | ||
Nəticəsi | Cəbəllüttariq qalasının müttəfiq qüvvələr tərəfindən ələ keçirilməsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
İspaniya mirası uğrunda müharibənin əvvəlindən ingilis-holland ittifaqı Cəbəllüttariq boğazına nəzarət etmək və Aralıq dənizinin qərbindəki Fransız donanmasına qarşı dəniz əməliyyatlarını asanlaşdırmaq üçün Pireney yarımadasında uyğun bir liman axtarırdı. Kadisi ələ keçirmək cəhdi 1702-ci ilin sentyabrında uğursuzluqla sona çatdı. Lakin ittifaq donanmasının həmin il oktyabr ayında Viqo körfəzindəki müvəffəqiyyətli dəniz basqınından sonra iki dəniz ölkəsi Hollandiya və İngiltərənin birləşmiş donanmaları bölgədə mühüm qüvvə oldular. Bu qələbə Portuqaliya Kralı II Pedronun Fransa və Burbonların nəzarətində olan İspaniya ilə mütəffiqliyini kəsməsinə və 1703-cü ildə Böyük İttifaqa daxil olmasına səbəb oldu. Bu ittifaqın mənafeyinə uyğun gəlirdi. Çünki İttifaq donanması Lissabon limanına girişdən istifadə edərək Aralıq dənizində rahat hərbi kampaniya aparırdı. İspaniya taxtına yiyələnmək uğrunda Avstriya Habsburqlarını namizədi VI Karl da mübarizə aparırdı.
Hesse-Darmştat şahzadəsi Georq Hessen bölgədə Habsburq sülaləsinin maraqlarını təmsil edirdi. 1704-cü ilin mayında Böyük İttifaq donanmasının komandanı şahzadə Georq və admiral Corc Ruke VI Karlın adından Barselona limanına hücum etsələrdə onu tuta bilmədilər. Daha sonra Ruke müttəfiqlərinin Kadizi tutmaq üçün bir daha cəhd göstərməsi üçün ona edilən təzyiqlərdən yayınmağı bacardı. Uğursuz döyüşlərini kompensasiya etmək üçün İttifaq komandanları İspaniyanın cənub sahillərində yerləşən kiçik bir liman qəsəbəsi olan Cəbəllüttariqin ələ keçirilməsinə qərar verdilər. Aramsız top atəşlərindən sonra şəhər ingilis krallıq donanması və holland dənizçiləri və dənizçiləri tərəfindən işğal edildi. Qubernator Dieqo de Salinas avqustun 4-də Cəbəllüttariq və kiçik qarnizonunu təslim etməyi qərara aldı. Üç gün sonra şahzadə Georg VI Karlın adına Avstriya və İspaniya Habsburqlarının qoşunları ilə qəsəbəyə girdi.
Böyük İttifaq İspaniya taxtında kral olaraq V Filppi VI Karlla əvəzləmək məqsədi uğursuzluqla nəticələndi. Lakin müharibənin və Utrext sülhünün nəticələrinə görə Cəbəllüttariq Böyük Britaniyaya verildi.