Cürci Zeydan
From Wikipedia, the free encyclopedia
Cürci Zeydan (ərəb. جرجي زيدان Jurjī Zaydān; 14 dekabr 1861[1][2][…], Beyrut[3] – 21 iyul 1914[4][5][…], Qahirə[4]) — ərəb yazıçısı və tarixçisi, maarifçisi və publisisti. Ərəb ədəbiyyatında tarixi roman janrının yaranıb geniş yayılması birinci növbədə onun adı ilə bağlıdır. Onun romanları hələ müəllifin sağlığında fars, türk, Azərbaycan, hind, urdu və bəzi Avropa dillərinə tərcümə olunmuşdur. Cürci Zeydanın ərəb ədəbiyyatının və elminin inkişafındakı xidmətləri, istər ərəb alimləri, istərsə də Qərbi Avropa və rus şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir. Ərəb alimlərindən Məhəmməd Hüseyn Heykəl, Abbas Mahmud əl-Aqqad, Mutran Xəlil Mutran, Əbdüləziz əl-Bəşəri, Yusif Həcm və başqaları Cürci Zeydana elmi məqalələr və məruzələr həsr etmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişlər.
Cürci Zeydan | |
---|---|
ərəb. جرجي زيدان | |
Doğum tarixi | |
Doğum yeri | Beyrut, Beyrut vilayəti, Osmanlı İmperiyası |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Qahirə, Misir Xədivliyi, Osmanlı İmperiyası |
Təhsili | |
Fəaliyyəti | yazıçı, şair, jurnalist, müəllim, roman yazıçısı |
Cürci Zeydan Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |