Cümhuriyyət Xalq Partiyası
Atatürkçü və sosial-demokrat partiya / From Wikipedia, the free encyclopedia
Cümhuriyyət Xalq Partiyası (türk. Cumhuriyet Halk Partisi) — 9 sentyabr 1923-cü ildə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiyadır. Partiyanın nizamnaməsinə görə, onun rəsmi abreviaturası “CHP”dir. Onun simvolu Altı Oxdur. Türkiyə Böyük Millət Məclisində 133 deputatla ana müxalifəti təmsil edən partiyadır. Onun sədri Özgür Özəl.
CHP | |
Sədri | Özgür Özəl |
Qurucu | Mustafa Kamal Atatürk[1] |
Baş katib | Selin Sayek Böke |
Quruluş tarixi |
9 sentyabr 1923 (1-ci quruluş tarixi) 9 sentyabr 1992 (2-ci quruluş tarixi) |
Birləşən |
|
Bölünmə |
|
Sələfi |
|
Xələfi | Anadolu və Rumeli Müdafa-i Hüquq Cəmiyyəti |
Baş qərargah | |
İdeologiya |
Atatürkçülük[1] Sosial demokratiya (1965-ci ildən sonra)[1] Sekulyarizm Antikommunizm (tarixi)[2][3][4] |
Üzvlüyü |
|
Üzv sayı | ▲ 1.224.847[7] |
Parlamentdə |
126 / 600 |
Bələdiyyədə |
|
Saytı | http://www.chp.org.tr/ |
Bayrağı | |
Vikianbarda əlaqəli mediafayllar |
22 may 2010-cu il tarixində CXP-nin XXXIII qurultayında CXP sədri Kamal Kılıçdaroğlu seçilmişdir. Onun namizədliyini 1200 qurultay nümayəndəsi dəstəkləmişdir ki, bu da CXP üçün rekord rəqəmdir. Qurultaydan əvvəl mətbuatın dili ilə ona "Qandi Kamal" (türk. Gandi Kemal) ləqəbi verilmişdir. CXP-nin 3 – 4 fevral 2018-ci ildə keçirilən XXXVI qurultayında Kamal Kılıçdaroğlu 1266 qurultay nümayəndəsinin 790-ının dəstəyi ilə 5-ci dəfə CXP-nin Sədri seçilmişdir.
Atatürkçülük və sosial demokratiya görüşlərini mənimsəyən və sol mərkəzçi siyasi partiyadır. Partiyanın nizamnaməsində və proqramında qeyd olunan bu fikirlərlə yanaşı, demokratik sosialist və sosial liberal meylləri də özündə ehtiva edir. Türkiyə Cümhuriyyətinin qurucu və ilk qanuni siyasi partiyası olma xüsusiyyətlərini daşıyan Cümhuriyyət Xalq Partiyası 1923-cü ildən 1950-ci ilə qədər davamlı olaraq hakimiyyətdə qalmış və 1946-cı ilə qədər ümumilikdə təkpartiyalı üsul-idarəni həyata keçirmişdir. Türkiyədə ən uzun iqtidarda olan siyasi partiyadır. Atatürk tərəfindən "Xalq Partiyası" adıyla Anadolu və Rumeli Hüquqlarını Müdafiə Cəmiyyətinin davamı olaraq olaraq qurulan partiyanın adına 10 noyabr 1924-cü ildə "Cümhuriyyət" sözü əlavə edildi. 1935-ci ildə keçirilən 4-cü Qurultayda "fraksiya" sözü yerinə xarici aləmə daha çox uyğun gələn sözə üstünlük verilməsi qərara alındı və bugünkü adı — “Cümhuriyyət Xalq Partiyası” qəbul edildi.
12 sentyabr çevrilişindən sonra o vaxt Bülənt Ecevitin sədri olduğu Cümhuriyyət Xalq Partiyası buraxıldı; sonra 3821 saylı qanuna əsasən 9 sentyabr 1992-ci ildə yaradılmasının 69-cu ildönümündə yenidən fəaliyyətə başlamışdır.
CHP həm də qurucusu və ilk sədri Mustafa Kamal Atatürkün öz vəsiyyətində əmanət hüquqlarını CHP-yə buraxdığı Türkiyə İş Bankının bir hissəsinin sahibidir. CHP-nin əmanət hüququna malik olduğu bu bankın səhmlərinin 28,1%-nin mənfəəti Türk Dil Qurumuna və Türk Tarix Qurumuna keçir.