Böyük Avstraliya körfəzi
Nəhəng, açıq hövzəyə malik, Hind okeanına aid körfəz / From Wikipedia, the free encyclopedia
Böyük Avstraliya körfəzi — Nəhəng, açıq hövzəyə malik, Hind okeanına aid körfəz. Avstraliyanın mərkəz və qərb hissələrinin cənubunda yerləşir. Körfəzin sahəsi Avstraliyanın Qərb burnundan Tasmaniya adasındakı cənub-qərb burnuna qədər uzanır. Sahil xəttinin uzunluğu 1160 km, sahəsi isə 1335 min km² təşkil edir. Ən böyük dərinliyi 5670 metrdir. Əsas limanı Adelaidadır. Körfəzin sahilləri əsasən Qərbi Avstraliya və Cənubi Avstraliya ştatları ərazisinə daxildir.
Cəld faktlar Ümumi məlumatlar, Tip ...
Böyük Avstraliya körfəzi | |
---|---|
ing. Great Australian Bight | |
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Dərin yeri | 5670 m |
Tökülən çaylar | Torrens, Murrey |
Duzluluğu | 35,5 ‰ |
Şəffaflığı | 10-40 m |
Yerləşməsi | |
30°00′ c. e. 130°00′ ş. u. | |
Ölkə | Avstraliya |
Akvatoriyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Sahil xətti əsasən qayalıqdır və hündürlük 60 metrə çatır. Bəzi hissələrdə qum çimərlikləri və terraslı qayalıqlara rast gəlinir.