Butan coğrafiyası
From Wikipedia, the free encyclopedia
Butan — Cənubi Asiya regionunda, Çinlə Hindistan arasında yerləşən dövlət. Sahəsi 46 500 km² təşkil edir. Ölkənin şimalı yüksək dağlıq ərazi olub dağ buzlaqları ilə örtülüdür. Cənubi isə subtropik düzənliklərdən ibarətdir. Ölkənin ən hündür nöqtəsi Kula-Kanqri dağıdır. Digər məlumatda isə Kanqar-Punsun dağıdır (7570 m). Ölkə ərazisindən axan çayların heç biri gəmiçiliyə yaramır. Onlar əsasən irriqasiya və elektrik enerjisinin əldə olunması baxımından əhəmiyyətlidirlər. Ölkədə iqlim yüksəklikdən asılı olaraq dəyişir. Şimalda il böyu qar hökm sürdüyü halda, qərbdə musson yağışları, şərqdə quru havalar, cənubda isə subtropik iqlim hökm sürür.
Cəld faktlar Qitə, Region ...
Butan coğrafiyası | |
---|---|
Qitə | Asiya |
Region | Cənubi Asiya |
Koordinatlar | 27°30′ şm.e, 90°30′ şr.u |
Sahə |
|
Sərhədlər | 1136 |
Ən yüksək nöqtə | 7570 m |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla