Braqanza sülaləsi
From Wikipedia, the free encyclopedia
Braqanza sülaləsi (port. Casa de Bragança) — Avropa və Amerika qitəsində hökmranlıq etmiş, portuqal əsilli monarx ailəsi.
Braqanza sülaləsi | |
---|---|
Ölkə | |
Hissəsidir | Avis sülaləsi |
Banisi | Braqanzalı Alfonso |
Sonuncu hökmdar |
II Manuel (Portuqaliyada) II Pedro (Braziliyada) |
Hazırkı rəhbər | Duarte Pio |
Əsası qoyulub | 1442 |
Milliyyət | Portuqal |
Titullar | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sülalənin banisi Aviz sülaləsindən olan Portuqaliya kralı I Conun nikahdan kənar oğlu və ilk Braqanza hersoqu Alfonsodur. Sülalə qısa zamanda İntibah dönəminin ən güclü və varlı ailələrindən birinə çevrildi. 1640-cı ildə Habsburqların ölkədən qovulması nəticəsində Braqanza ailəsi Portuqaliyada, 1822-ci ildə Braziliya imperiyasının müstəqillik qazanması nəticəsində isə Amerika qitəsində hakimiyyətə gəldi.
Braqanza ailəsi 15 Portuqaliya kralı və 4 Braziliya imperatoru başda olmaqla, Avropanın bir çox monarx ailəsinə gəlin olaraq gedən (Ketrin Braqanza, Mariya İzabella Braqanza və s.) və daha sonra taxt iddiaçıları (İnfant Pedro, İnfant Manuel və s.) dünyaya gətirən, Avropa və Amerika tarixində mühüm yer tutmuş şəxsiyyətlər yetişdirmişdir. Ancaq XIX-XX əsrin əvvəllərində Braqanza ailəsi hakimiyyətdən uzaqlaşdırıldı. Belə ki, II Pedro 1889-cu ildə Braziliyada, II Manuel isə 1910-cu ildə Portuqaliyada taxtdan endirildi (Portuqaliya inqilabı).
VI Conun səltənətinin ardından Braqanza sülaləsi öz daxilində 3 qola ayrıldı:
- VI Conun ilk oğlu I Pedronun başçılıq etdiyi Braziliya qolu
- VI Conun ikinci oğlu I Miquelin başçılıq etdiyi Miquelist qol
- I Pedronun ən böyük qızı II Mariyanın başçılıq etdiyi Konstitusional qol
Sülalənin Braziliya qolu 1921-ci ildən sonra Orlean-Braqanza ailəsiylə əvəz olunsa da, bu ailə də öz daxilində parçalandı və taxt hüququndan uzaqlaşdı. Konstitusional qol isə 1932-ci ildə II Manuelin vəfatıyla kəsildi və taxt hüququ Miquelist qola ötürüldü. Hal-hazırda Braqanza ailəsinin Portuqaliya taxtına olan iddiaçısı Braqanza hersoqu Duarte Piodur.