Boden gölü
From Wikipedia, the free encyclopedia
Boden (alm. Bodensee) Almaniya, İsveçrə və Avstriya sərhədlərində yerləşən üç: Yuxarı (alm. Obersee), Aşağı (alm. Untersee) və Reyn hövzələrindən ibarət göl. Boden gölünün yatağı dəniz səviyyəsindən 395 m hündürlükdədir və sahəsi 536 km², uzunluğu 63 km, dərinliyi 254 m-dir. sahilləri təpəlik, lakin cənub şərq hissədə qayalıqdır. Gölün sahəsində bir neçə qoruq mövcuddur. bu göl Reyn çayı üçün həm mənsəb həm də mənbə sayılır. Göl yalnız sərt qışda donur. Bu gölün Almaniya sahilində Konstans və Fridrixhafen , Avstriya sahilində Bregens şəhərləri yerləşir.
Cəld faktlar Ümumi məlumatlar, Mütləq hündürlüyü ...
Boden gölü | |
---|---|
alm. Bodensee, fr. Lac de Constance | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 395,23 m |
Eni | 14 km |
Uzunluğu | 63 km |
Sahil uzunluğu | 273 km[1] |
Sahəsi | 536 km² |
Həcmi | 48,5 km³ |
Dərin yeri | 254 m |
Orta dərinliyi | 90 m |
Tökülən çay | Reyn |
Axan çay | Reyn |
Yerləşməsi | |
47°38′ şm. e. 9°22′ ş. u. | |
Ölkələr | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Boden gölünün hövzəsi sonuncu buzlaşma dövründə Alp yamaclarındakı Reyn buzlağının əsasındsa formalaşmışdır. Onu əriyən buzlağı əriməsindən yarandığı hesab edilir.