Biz və bizim dağlar
From Wikipedia, the free encyclopedia
Biz və bizim dağlar[1][2] (erm. Մենք ենք մեր սարերը, Menk enk, mer sarerı,[3][4] hərf. Biz dağlarımızıq),[5] həmçinin Nənə-baba (erm. տատիկ-պապիկ, Tatik Papik) və ya Qarabağlılar (erm. Ղարաբաղցիներ, Ğarabaghtsiner)[4] — Xankəndi şəhərinin şimalında 1967-ci ildə tikilmiş abidə. Abidə ermənilər arasında Nənə-baba (erm. տատիկ-պապիկ, Tatik Papik) kimi də tanınır.[6][7] Heykəl Dağlıq Qarabağın erməni icmasının,[8] hətta bütövlükdə erməni kimliyinin simvolu kimi qəbul edilir.[9] Abidə heç bir dövlət tərəfindən tanınmayan keçmiş Qondarma Dağlıq Qarabağ Respublikasının rəsmi simvollarından biri idi və Dağlıq Qarabağ Respublikasının gerbində istifadə edilirdi.[10]
Cəld faktlar Ölkə, Şəhər ...
Biz və bizim dağlar | |
---|---|
39°50′13″ şm. e. 46°46′11″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Xankəndi |
Yerləşir | Xankəndi |
Tikilmə tarixi | 1967 |
Hündürlüyü | 9 m |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Heykəltəraşı Sarqis Bağdasaryan, memarı Səfi Qarayevdir.[11]