Bitki morfologiyası
From Wikipedia, the free encyclopedia
Bitki morfologiyası (morfe yunanca forma, loqos elm deməkdir) — geniş mənada bitki orqanizmlərinin daxili və xarici formaları, quruluşları və fərdi inkişaflarının tarixi haqqında, məhdud mənada isə bitkilərin həm mikroskopik, həm də makroskopik quruluşları haqqında məlumat verir.
Bitki morfologiyası bitkilərin xarici əlamətlərini təsvir etmək zərurətindən meydana çıxmış və nəticədə morfologiyaya aid islahatların yaranmasına səbəb olmuşdur.
Lakin, bitkilərin daxili mikroskopik quruluşundan botanikanın xüsusi sahəsi olan bitki anatomiyası daha ətraflı bəhs edir. Daxili morfologiya (anatomiya) ilə xarici morfologiya arasında kəskin sərhəd yoxdur. Bunları bir-birindən fərqləndirən mikroskopik və makroskopik tədqiqat metodlarıdır.