Bitch I'm Madonna
From Wikipedia, the free encyclopedia
Bitch I'm Madonna (azərb. Qancıq, mən Madonnayam) — ABŞ müğənnisi Madonnanın “Rebel Heart” adlı XIII solo albomundan olan mahnı. Trinidadlı repçi Nikki Minajın da qonaq ifaçı kimi iştiark etdiyi mahnı əsasən, Madonna, Diplo və Britaniyalı elektron musiqiçisi Sofi tərəfindən, MoZella, Tobi Qad, Ariel Rextşad və Nikki Minajın iştirakı ilə yazılmışdır. Mahnı, albomun üçüncü sinqlı kimi, “Interscope Records” tərəfindən 15 iyun 2015-ci ildə çıxarılmışdır. Elektron rəqs musiqisi və vaporveyv janrında olan mahnıda Madonna şənlənmək üçün nazal tonda "Bitch I'm Madonna" deyir, fonda isə "she's Madonna" ifadəsi səslənir.
Bitch I'm Madonna | ||||
---|---|---|---|---|
Madonna və Niki Minaj tərəfindən Rebel Heart albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 15 iyun 2015 (2015-06-15) | |||
Format | sinql | |||
Janr | elektronik rəqs musiqisi[d] | |||
Dil | ingilis dili | |||
Müddət | 3:47 | |||
Prodüser | Madonna, Diplo, Sofi | |||
Bəstəkar | Madonna, Tomas Uizli Pentz, Maurin MakDonald, Tobi Qad, Ariel Rextşayd | |||
Sözlərin müəllifi | Madonna, | |||
Studiya |
Boy Toy Live Nation Interscope |
|||
Audio nümunəsi | ||||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
Musiqi tənqidçilərinin mahnı haqqında fikirləri iki qrupa bölünmüşdür; bəziləri mahnını “energetik” adlandıraraq Minajın rep hissəsini alqışlasalar da, başqa bir qrup mahnını “təəssüf doğuran şok” adlandırır. ABŞ-də mahnı son üç il ərzində Madonnanın “Billboard Hot 100” hit paradına girə bilən ilk mahnısı olmaqla, 84-cü yerə kimi yüksəlmişdir. Mahnı, “Hot 100” hit paradına girə bilmiş Minajın 63-cü, Madonnanın isə 57-ci mahnısı olmaqla, həmin hit paradda ən çox iştirak etmiş qadın müğənnilərin siyahısında Minajı üçüncü, Madonnanı isə dördüncü yerə yüksəltmişdir. Dünyada, uğurlu nəticələr göstərən mahnı, Finlandiya, Macarıstan və İsveçdə ilk üçlüyə daxil olmuşdur.
Mahnı üçün Conas Akerlandın rejissorluğu ilə çəkilmiş musiqi videosunda Madonna ilə yanaşı Minaj və Diplonu da görmək mümkündür. Videoda kameo kimi Rita Ora, Kris Rok, Mayli Sayrus, Beyonse, Keti Perri və Kanye Vest də çəkilmişdir. Lakin, qonaq ulduzların kütləvi səhnələrdə iştirak etməməsi izləyiciləri məyus etmişdir. Həmçinin bəzi tənqidçilər mahnı videosunu müğənni Teylor Sviftin qısa zaman əvvəl təqdim edilmiş və oxşar şəkildə qonaq ulduzların iştirakı ilə çəkilmiş “Bad Blood” musiqi videosu ilə müqayisə etmişlər. Madonna mahnını “The Tonight Show Starring Jimmy Fallon” teleşousunda canlı ifa etmişdir.