Birləşmiş Nüvə Araşdırma İnstitutu
From Wikipedia, the free encyclopedia
Birləşmiş Nüvə Araşdırma İnstitutu (rus. Объединённый институт ядерных исследований) və ya qısaca: BNAİ (rus. ОИЯИ) — Moskva şəhərinin 120 kilometr şimal-şərqində, Moskva vilayətində yerləşən Dubna şəhərində yerləşən nüvə elminin beynəlxalq tədqiqat mərkəzidir. Qurucuları BNAİ-nun 18 üzv dövlətidir. Tərkibini Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan da daxil olmaqla, 18 üzv ölkədən 5,500 nəfər heyət və 1000 doktorant təşkil edir. BNAİ-nun nəzəri və eksperimental tədqiqatlarının əsas istiqamətləri nüvə fizikası, elementar hissəcik fizikası və maddənin qatılaşdırılmış vəziyyətinin tədqiqidır[1].
Birləşmiş Nüvə Araşdırma İnstitutu | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yaradılıb | 1956 |
Sayt | jinr.ru |
Mükafatlar |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sovet İttifaqı və Rusiyada aşkar edilmiş kimyəvi elementlərin dövri sisteminin bütün transuran elementləri BNAİ-da sintez edilmiş və digər ölkələrdə aşkar edilmiş transuran elementlərinin sintezi təkrar edilmişdir.1991-ci ilədək edilən yeni elementlərin sintezi üzrə nailiyyətlər elmi kəşflər kimi qəbul edilmiş və SSRİ-nin Kəşfiyyatlarının Dövlət Reyestrinə daxil olmuşdur. BNAİ-nun qurulduğu gündən bəri, bu institutda dünyadakı aşkarlanmış 18 elementdən- onu aşkar edilmişdir[2].