Birinci Osmanlı-Misir müharibəsi və yaxud Birinci Suriya müharibəsi — 1831–1833-cü illərdə Osmanlı imperiyası ilə Misir əyaləti arasında Kavalalı Mehmed Əli Paşanın Yunan üsyanı zamanı sultana kömək etdiyinə görə mükafat olaraq Böyük Suriyanı nəzarətə götürməsini tələb etməsi nəticəsində yaranan hərbi münaqişə. Nəticədə Misir qüvvələri müvəqqəti olaraq Suriya üzərində nəzarəti ələ keçirərək Kütahyaya qədər şimala doğru irəlilədilər. Müharibədə Rusiya imperiyası da dolayısı ilə iştirak edib.[1][2]
Cəld faktlar Tarix, Yeri ...
Birinci Osmanlı-Misir müharibəsi (1831—1833) |
---|
Osmanlı-Misir müharibələri |
Müharibənin getdiyi ərazilərin xəritəsi |
Tarix |
1831—1833-ci illər |
Yeri |
Levant, Kiçik Asiya |
Səbəbi |
Kavalalı Mehmed Əli Paşanın Levanta iddiası |
Nəticəsi |
Qismən Misirin qələbəsi: Kütahya sülhü |
|
|
1832: 145,000
|
1832: 100,000
|
|
|
Bağla