Bhotiya
From Wikipedia, the free encyclopedia
Bhotiyalar,(nep. भोटिया) — bhotlar, bhutiyalar, bhotelər (hərfi mənada tibetlilər) – Cənubi Asiyada hazırda Tibetin mədəni təsir zonasında olan, yaxud olmuş, Tibet-Birma dillərində danışan müxtəlif etnik qrupların adı. Himalay dağlarının cənub yamaclarında məskunlaşmışlar.
1) Səkkəm bhotiyaları (səkkəmlilər). Hindistanda Səkkəm ştatında yaşayırlar. Cənubi Tibet dilinin Səkkəm ləhcəsində danışırlar. Tibet dilinin dialektlərində danışan tibetlilərin müxtəlif qrupları (humlalar, nubrilər, lhomilər və b.), həmçinin Tibet-Birma dillərinin yaxın Tibet (Qərbi Benqaliya və Nepalda şerplər, denconqpalar, amdolar, khampalar, yolmolar və b.) və Qərbi Himalay (Uttarançal ştatında cadlar, tolçhalar, marçhalar, coharilər, cetherolar, darmilər, çaudansilər, byansilər) qrupları dillərində danışan Şimal-Şərqi Hindistan və Şimali Nepaldakı xalqlar da bhotiyalara aid edilir. Tibet və Qərbi Himalay qruplarına (Uttarançal ştatında cadlar, tolçhalar, marçhalar, coharilər, cethoralar, darmilər, çaudansilər, byansilər) yaxın olan dillərdə danışan Şimal-Şərqi Hindistan və Şimali Nepalda yaşayan xalqlar (Qərbi Benqaliya və Nepalda şerplər, denconqpalar, amdolar, khampalar, yolmolar və b.) da bhotiyalara aid edilir. Sayları Hindistanda, müxtəlif məlumatlara görə, 80 min nəfərdən 200 min nəfərədək dir (2006), Nepalda 19,3 min nəfərdir (2001-ci il siyahıyaalması). Yazıları devanaqari və Tibet əlifbası əsasındadır. Hind, pahar, Nepal və s. dillərdə yayılmışdır. Hindistanda yaşayan bhotiyalar adivasi qrupuna daxildir.
2) Çox vaxt şarçoplar (396 min nəfər; dilləri shanqladır), bumtanqpalar (96 min nəfər; dilləri bumtanqkedir) və b. ilə birləşdirilən və dzonqke dilində danışan Butan bhotiyaları (357 min nəfər, 2005). Səkkəm bhotiyalarına yaxındırlar. Səkkəm və Butan bhotiyalarının əksəriyyəti buddist, Uttarançal bhotiyaları isə, əsasən, hinduistdirlər.