Beynəlxalq Rotary Təşkilatı
Beynəlxalq qeyri-hökumət təşkilatı / From Wikipedia, the free encyclopedia
Beynəlxalq Rotary Təşkilatı (ing. Rotary International) — dünyanın ən böyük xidmət təşkilatlarından biridir. Təşkilatın saytında da qeyd edildiyi kimi, Rotarinin missiyası[2]: "Başqalarına xidmət göstərmək, dürüstlüyü təşviq etmək, biznes, peşəkarlar və icma liderlərinin dostluğu vasitəsilə dünya anlayışını, xoş niyyəti və sülhü inkişaf etdirməkdir". Siyasi və dini olmayan bir təşkilatdır. Beynəlxalq Rotary Təşkilatına üzvü olan dünya üzrə 46000-dən çox Rotary Klubu olduğu bilinir var və bu klubların1.4 mliyon nəfərdən çox üzvü var[3]. Klub üzvlərinə eyni zamanda Rotarian da deyilir. Rotarianlar həftədə bir dəfə rəsmi və ya qeyri-rəsmi görüşlər təşkil edib insanlığa faydalı ola biləcək layihələrin təşkili və onların gedişi barədə bir-birlərini məlumatlandırırlar.
Beynəlxalq Rotary Təşkilatı R.I. | |
---|---|
Növü | qeyri-hökumət təşkilatı |
Şüar | Ən yaxşı xidmət edənlər daha çox qazanırlar (They benefit most, who serve best) |
Yaranma tarixi | 23 fevral 1905, 1905[1] |
Rəsmi dili | |
Qurucusu | |
Prezident | Qordon R. Mcİnalli |
Üzvləri | 1,4 milyon |
rotary.org | |
Mükafatları | Xidmət Ordeni (Portuqaliya ) |
Vikianbarda əlaqəli mediafayllar |