Berlin döyüşü (1945)
From Wikipedia, the free encyclopedia
Berlin döyüşü (alm. Schlacht um Berlin), Berlin strateji hücum əməliyyatı (rus. Берли́нская стратегическая наступательная операция) və ya Berlinin işğalı (ing. Fall of Berlin) — Sovet Sosialist Respublikaları İttifaqının İkinci Dünya müharibəsinin sonunda təşkil etdiyi həlledici hücumlardan biri.
Berlin döyüşü | |||
---|---|---|---|
İkinci Dünya müharibəsi Böyük Vətən müharibəsi | |||
| |||
Tarix | 16 aprel 1945–2 may 1945 | ||
Yeri | Berlin, Almaniya | ||
Nəticəsi |
SSRİ-nin qələbəsi
|
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Berlin əməliyyatı müharibənin sonunda reallaşan döyüşdür. Döyüş Avropa cəbhəsindəki sonuncu ümumi hücum olmamaqla yanaşı, Almaniyanın qeyd-şərtsiz təslim olması ilə nəticələndiyi üçün İkinci Dünya müharibəsini yekunlaşdıran sonuncu hücum olaraq qəbul edilir. "Berlin əməliyyatı" yalnız Berlini tutmaq üçün təşkil edilmiş əməliyyat deyildi. SSRİ-nin əsas məqsədi Alman torpaqlarını cənubdan şimala bölən Elba çayının şərq hissəsini ələ keçirmək idi.
Qızıl Ordu 1945-ci ilin 16 yanvar tarixində başlayan Vislo-Oder hücumu ilə alman cəbhəsinin yarısını məhv etmişdi. Qüvvələr gündə 30-40 kilometrlik sürətlə qərb istiqamətində irəliləməyə başladılar. Şərqi Prussiya, Aşağı Sileziya, Şərqi Pomeraniya və Yuxarı Sileziya torpaqlarını ələ keçirən sovet qoşunları Odra çayı ərazisində Berlinin 60 km şərq istiqamətində yerləşən Kustrn yaxınlıqlarındakı Odar körpüsündə müvəqqəti olaraq dayandılar. Ardınca isə Berlinə istiqamətlənən ümumi hücum ərzində iki Sovet cəbhəsinə bağlı olan qoşunlar Berlinə şərqdən və cənubdan irəlilədilər. Üçüncü sovet cəbhəsi isə Berlinin şimalında mövqe tutan Alman qüvvələrini bu ərazidə məğlubiyyətə uğratdı.
Berlinin xaricindəki preventiv müdafiə hazırlıqları mart ayının 20-də başlandı. Bu tarixdə "Visla" Ordu qrupunun komandiri olan general Qotxard Heinritsi əsas sovet hücumunun cəbhə xəritələrində də məlum olduğu kimi Odra çayının üstündəki körpüdə ediləcəyini fikirləşirdi. Bu fikirlə o, Berlinin 90 kilometr (56 mil) şərqində olan Zeelovskada müdafiə tərtibatı qurmuşdu. Berlində baş verən əsas müharibə başlamazdan əvvəl sovet qoşunları bu mövqelərə hücum edərək Zeelovska və Xalba döyüşləri ilə Berlinin mühasirəsini tamamlandı.
Berlin döyüşünün nəticəsi "Berlin əməliyyatı"nın ilk mərhələlərində Almaniyanın paytaxtının xaricində təyin olunmağa başlamışdı. Sovet qüvvələri ərazini mühasirəyə almağa çalışarkən, alman qüvvələri də bunun qarşısını almaq üçün mübarizə aparırdı. Döyüşün sonunda alman qüvvələrinin mütləq əksəriyyəti məhv edildi və yerli komandanlıq təslim olmağı qərara aldı. Bu ilkin döyüşlər ümumi prosesin də müqəddəratını müəyyən etdi. Bundan sonra da Berlində sərt şəhər döyüşləri davam başlamış, Qızıl Ordu qüvvələri şəhərin mərkəzinə doğru hər küçədə döyüşərək irəliləməyə müyəssər olmuşlar.