Belarus relyefi
From Wikipedia, the free encyclopedia
Belarus Respublikasının relyefi əsasən, düzənlikdir. Qədim buzlaşmanın izlərinə rast gəlinir. Ölkənin şimal -qərb hissəsini Valday buzlaşmasının moren tirələri tutur. Mərkəzi hissədə cənub -qərbdən şimal -şərqə doğru ayrı-ayrı yüksəkliklərdən (Qrodno, Volkovısk, Novoqrudsk, Minsk, Vitebsk, Orşa və s.) ibarət geniş Belarus tirəsi uzanır. Dəniz səviyyəsindən maksimal hündürlük (345 m, Dzerjinskaya d.) Minsk yüksəkliyindədir. Şərqdədə Smolensk yüksəkliyinin kənar hissəsi, Belarus tirəsindən şimalda Polotsk ovalığı, cənubda geniş Polesye ovalığı və Dneprboyu ovalıq yerləşir. Ölkənin qərbi təpəlik, şərqii dalğalı-uvallı relyefə malikdir.