Bal porsuğu
From Wikipedia, the free encyclopedia
Bal porsuğu (lat. Mellivora capensis) — Afrika və Asiyada yaşayan dələlər fəsiləsinə aid olan bir növ. Mellivorinae alt fəsiləsində yeganə olan bal porsuğu monotipik cins (Mellivora) kimi təsnif edilir. Çox kiçik ölçüsünə baxmayaraq vəhşiliyi və qorxmazlığı ilə tanınır[3][4]. Ginnesin Rekordlar Kitabı 1998-2003-cü illər üçün nəşrlərində bal porsuğunu "dünyanın ən qorxmaz məməlisi" elan etmişdir[5][6].