Bab
From Wikipedia, the free encyclopedia
Bab və ya əsil adı ilə Seyid Əli Məhəmməd Şirazi — Babilər hərəkatının rəhbəri və Bəhai dininin iki peyğəmbərindən ilkidir. 1844-cü il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd vəd olunmuş Mehdi olduğunu elan edərək özünü "Bab" (ərəbcə "qapı" deməkdir) adlandırır. Bildirir ki, onun əsas məqsədi insanları müqəddəs kitabların vəd etdiyi Allahın tezliklə zühur etdirəcəyi kəsi qəbul etməyə hazırlamaqdır. Demək olar ki, bütün yazılarında "Allahın zahir edəcəyi Kəs"dən (Bəhaullah) danışmış, özündən sonra mütləq o kəsin zühur edəcəyini müjdələmişdir. Bununla belə, Babın mənəvi dirçəlişə, xurafatdan, mövhumatdan uzaqlaşmağa, bərabərlik, ədalət, qadınları əsarətdən azad etmək çağırışları bütün Yaxın və Orta Şərqi lərzəyə gətirmiş babilər hərəkatına səbəb olur.
Bab | |
---|---|
باب | |
| |
Babilər hərəkatının rəhbəri, Bəhai dininin Peyğəmbəri | |
Şəxsi məlumatlar | |
Doğum adı | عَلی مُحَمَّد شیرَازی |
Doğum tarixi | |
Doğum yeri | Şiraz, İran |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Təbriz, Cənubi Azərbaycan, hazırkı İran |
Vəfat səbəbi | güllə yarası[d] |
Fəaliyyəti | ruhani[d], vaiz[d], tacir |
Dini | Babilik |
Vikianbarda əlaqəli mediafayllar |