Bağlı koordinat sistemi
From Wikipedia, the free encyclopedia
Uçuş zamanı təyyarə məkanda mürəkkəb trayektoriyanı təsvir edə bilər. Bu hərəkəti təsvir etmək üçün təyyarə ilə əlaqəli oxlar daxil edilir və onların hərəkətini başqa koordinat sisteminə, məsələn, Yer kürəsinə nisbətən təsvir edir. Bu koordinat sistemi təyyarə ilə hərəkət edir və fırlanır.
Bağlı koordinat sistemi — uçuş mexanikasında hava gəmilərinin hərəkətini təhlil etmək üçün istifadə olunan koordinat sistemidir. Hərəkətli obyektin kütlələrinin mərkəzindən keçən, uzununa OX, eninə OZ və şaquli OY oxlarından ibarətdir.