Büzdüm sümüyü
From Wikipedia, the free encyclopedia
Büzdüm sümüyü (lat. os coccygis) — inkişaf cəhətcə 4–5 fəqərədən təşkil olunmuş bir sümükdür. Bəzən bu fəqərələr ayrı-ayrı, çox vaxt isə bitişmiş olur. Büzdüm fəqərələrindən yalnız birincisini oma sümüyü ilə birləşən hissəsini — cismini və yan tərəflərə çıxan köndələn çıxıntılarını ayırd etməklə fəqərəyə bənzətmək mümkündür. Burada fəqərə qövsü tamam yox olmuşdur. I büzdüm fəqərəsinin arxasından oma sümüyünə qarşı buynuzlar — lat. cornua cocczgea çıxır. II büzdüm fəqərəsi əvvəlincidən kiçikdir, onun yalnız cismi və köndələn çıxıntıların əsasları ayırd edilir. III və IV büzdüm fəqərələri isə öz şəklinitamam itirmişdir.
Cəld faktlar Bitişir, MeSH ...
Büzdüm sümüyü | |
---|---|
| |
Bitişir | |
MeSH | Coccyx |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla