Böyük Zab
From Wikipedia, the free encyclopedia
Böyük Zab[2][3] və ya Yuxarı Zab[4] (ərəb. الزاب الكبير, əl-Zab əl-Kəbir; kürd. Zêy Badînan və ya Zêyê Mezin, türk. Zap, süry. ܙܒܐ ܥܠܝܐ, zaba alya) — Türkiyə və İraq ərazisindən axan, təxminən 400 kilometr (250 mil) uzunluğunda çay. Çay Türkiyədəki Van gölündən başlayır və İraqda, Mosulun cənubunda Dəclə çayına birləşir. Böyük Zabın hövzəsi təxminən 40,300 kvadrat kilometr ərazini əhatə edir və çay öz axını boyunca bir çox qollardan su toplayır. Çay və onun qolları əsasən qar və yağış suları ilə ilə qidalanır. Nəticədə, su sərfi il boyu çox dəyişir. Böyük Zab və onun qollarında ən azı altı bəndin tikilməsi planlaşdırılmışdır. Onlardan yalnız Bekme SES-nin tikintisinə başlanılmış, lakin Körfəz müharibəsindən sonra dayandırılmışdır.
Böyük Zab | |
---|---|
ərəb. الزاب الكبير, əl-Zab əl-Kəbir;[1] kürd. Zêy Badînan / Zêyê Mezin;[1] türk. Zap;[1] süry. ܙܒܐ ܥܠܝܐ zāba ʻalya; erm. Մեծ Զավ, Mets Zav; q.yun. μέγας Ζβαω/Λκοω;[1] akkad. Zabu ēlū[1] | |
| |
Ölkə | |
Mənbəyi | Tavr dağları, Türkiyə |
• Yüksəkliyi | təx. 3,000 m (9,800 ft) |
Mənsəbi | Dəclə |
Uzunluğu |
|
Su sərfi | 808 m³/s |
Su sistemi | Dəclə → Şəttül-Ərəb → Bəsrə körfəzi |
Hövzəsinin sahəsi | 40.300 km² |
Qolları | Rubar-i-Şin, Rukuçuk, Rubar-i-Ruvandiz, Rubat Mavaran, Bastura çay, Xəzir |
Tökülən çaylar | Dəclə, İraq |
Vikianbarda əlaqəli mediafayllar |
Zaqros dağlarında ən azı Alt Paleolit dövründən insanlar məskunlaşmışdır. Həmçinin, Böyük Zab hövzəsində neandertalların yaşaması faktı Şanidar mağarasında aparılan arxeoloji qazıntılar nəticəsində təsdiqlənmişdir. Region ilə bağlı ilkin tarixi qeydlər eramızdan əvvəl III minilliyin sonlarına aiddir. Yeni Assuriya çarlığı dövründə Böyük Zab çayından paytaxt Nimrud ətrafındakı torpaqları suvarmaq üçün istifadə edilmişdir. Əməvilər xilafətinin süqutu ilə nəticələnən Zab döyüşü Böyük Zab çayının cənub sahilində baş tutmuşdur. Çayın vadiləri monqolların İraqı işğal etməsi səbəbilə qaçqın olmuş insanlar üçün sığınacaq rolunu daşımışdır. XIX–XX əsrlərdə Böyük Zab hövzəsində yaşayan yerli kürd tayfaları muxtariyyət tələbi ilə tez-tez üsyanlar qaldırmışdır.