Azərbaycanın məhkəmə sistemi
From Wikipedia, the free encyclopedia
Azərbaycan Respublikasının məhkəmə sistemi — Azərbaycan Respublikasında ilk dəfə olaraq birinci, apelyasiya və kassasiya instansiyalarından ibarət üçpilləli müstəqil məhkəmə sistemi yaradılmışdır.
Hazırda Azərbaycan Respublikasında rayon, şəhər məhkəmələri, ərazi yurisdiksiyası üzrə fəaliyyət göstərən hərbi, inzibati, kommersiya məhkəmələri, Ağır cinayətlər məhkəmələri, birinci instansiya məhkəməsi kimi fəaliyyət göstərir.
Apelyasiya məhkəmələrində birinci instansiya məhkəmələri tərəfindən cinayət və inzibati, mülki və inzibati-iqtisadi mübahisələrə dair işləri üzrə çıxarılmış qərarlardan verilən apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxılır.