Azərbaycan-Ermənistan müharibəsi (1918-1920) — ermənilər ilə azərbaycanlıların qarışıq yaşadıqları yerlərdə Birinci Dünya müharibəsinin son aylarından etibarən Azərbaycan və Ermənistanda Sovet hakimiyyəti qurulana qədər davam etmiş müharibə.
Cəld faktlar Tarix, Yeri ...
Bağla
Hərbi münaqişə Ermənstan və Azərbaycan respublikalarının yaranmasından sonra bu iki yeni dövlətin bir-birinə qarşı ərazi iddiaları əsasında meydana çıxdı. İki dövlətin ordularından başqa, hər iki tərəf qarşı tərəfdəki öz həmvətənlilərindən ibarət hərbi birləşmələri dəstəkləyirdi. Ermənistan Respublikasının hərbi qüvvələri Naxçıvanda, Sürməlidə, Şərur-Dərələyəzdə, köhnə Rusiya imperiyasının İrəvan quberniyasının İrəvan şəhərində azərbaycanlı hərbi dəstələrə qarşı birbaşa əməliyyatlar təşkil etmiş, Azərbaycan isə Qarabağ və Zəngəzurda erməni milli şuralarına qarşı hərbi əməliyyatlar həyata keçirmişdir. Bütün bunlara baxmayaraq, bu iki dövlət bir-biriləri ilə birbaşa hərbi əməliyyatlara girmədilər. Münaqişə zamanı bir neçə qırğınlar həyata keçirilmiş, bölgənin etnik göstəriciləri xeyli dəyişikliyə məruz qalmışdır. Müttəfiq dövlətlərin nümayəndələrinin müdaxilələri, eləcə də daha kiçik kontekstdə Gürcüstanın vasitəçilik cəhdləri uğurlu olmamışdır. Beləliklə, iki millət arasında hərbi münaqişə yalnız RSFSR-in Qızıl Ordusunun XI bölməsi tərəfindən bölgənin işğal edilməsi ilə müvəqqəti də olsa, sonlandı.