Azadlıq meydanı (İrəvan)
From Wikipedia, the free encyclopedia
Azadlıq meydanı və ya Opera meydanı (erm. Ազատության հրապարակ; Azatut'yan hraparak), 1991-ci ilə kimi isə Teatr meydanı (erm. Թատերական հրապարակ; T'aterakan hraparak) – Ermənistanın paytaxtı İrəvan şəhərinin Kentron rayonunda yerləşən meydan. Meydan İrəvan Opera Teatrı kompleksinin bir hissəsidir, əsas opera binasının cənubunda, opera parkı ilə Qu gölü arasının yerləşir. Respublika meydanı ilə birlikdə Azadlıq meydanı İrəvanın mərkəzindəki iki əsas meydandan biridir. Dörd küçə ilə əhatə olunub: Tumanyan küçəsi, Teryan küçəsi, Sayat Nova prospekti və Maştots prospekti. Yazıçılar Hovannes Tumanyan və Aleksandr Spendiaryanın heykəlləri bu meydanda yerləşir.
Cəld faktlar Ölkə ...
Azadlıq meydanı | |
---|---|
40°11′07″ şm. e. 44°30′54″ ş. u. | |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla