Azərbaycanda qadın
From Wikipedia, the free encyclopedia
Azərbaycanda qadınların rəsmi olaraq kişi ilə hüquqları bir olsa da, sosial diskriminasiya hələ də problemdir. Ölkənin kənd ərazilərində ənənəvi sosial normalar və iqtisadi inkişafın zəif olması, iqtisadiyyatda qadının rolunu məhdud olmasına səbəb olur və cinsi diskriminasiyaya görə qadınlar qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkir.[1][2]
Gender Bərabərsizliyi İndeksi | |
---|---|
Dəyər | 0.323 (2012) |
Yer | 54-cü |
Ana ölümü (hər 100.000 nəfərə görə) | 54 (2010) |
Qadınlar parlamentdə | 16.0% (2012) |
Orta təhsil almış 25 yaş üstü qadınlar | 90.0% (2010) |
Qadınlar əməkdə | 61.6% (2011) |
Qlobal Gender Fikir Ayrılığı İndeksi | |
Dəyər | 0.6582 (2013) |
Yer | 99/144 |
Azərbaycanda qadının statusu son bir neçə minillik ərzində çox böyük dəyişikliklərə məruz olmuşdur. Buna baxmayaraq, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu.