Azərbaycan köçəri həyatı
From Wikipedia, the free encyclopedia
Azərbaycan köçəri həyatı — Azərbaycan mədəni mühitində tarixən və müasir dövrdə köçəri (tərəkəmə) və ya yarımköçəri (elat) həyat tərzi keçirən şəxs və ya icmaların tarixi, mədəniyyəti və adət-ənənələri. Azərbaycanda elatların istifadə etdiyi müvəqqəti yaşayış məskənlərinə oba, şenlik, sığırxana, yataq, binə, yurd, düşərgə, qışlaq, dəkkə, dəngə, yaylaq və s. daxil idi. Yaylaq vaxtı istifadə edilən evlər alaçıq, coma, dəyə, muxuru, qarakeçə, dünnüklü ev, kolux, mağardəyə və s.-dir.
2023-cü ildə xınalıqların mədəni mühiti və Azərbaycandakı köç yolu Dünya irsi adına layiq görülmüşdür.