Azərbaycan 2016 Yay Paralimpiya Oyunlarında
From Wikipedia, the free encyclopedia
Azərbaycan 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 7-18 sentyabr tarixlərində baş tutan XV Yay Paralimpiya Oyunlarında 22 idmançı ilə 6 idman növü üzrə təmsil olundu.
Azərbaycan 2016 Yay Paralimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Paralimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 22 idmançı (6 idman növündə) | ||||||||
Bayraqdar | İlham Zəkiyev (açılış mərasimi) | ||||||||
Medallar Yer: 48 |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 |
Azərbaycan Milli Paralimpiya Komandası XV Yay Paralimpiya Oyunlarını 11 medalla (1 qızıl, 8 gümüş və 2 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Ramil Qasımov (qızıl), Bayram Mustafayev (gümüş) və Rövşən Səfərov (bürünc), yüngül atletlər Yelena Çebanu (2 gümüş və 1 bürünc), Kamil Əliyev (gümüş) və İradə Əliyeva (gümüş), həmçinin üzgüçülər Roman Saleh (2 gümüş) və Dmitri Saleh (gümüş) qardaşları medala sahib oldu.
XV Yay Paralimpiya Oyunlarında 1 qızıl, 8 gümüş və 2 bürünc medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 48-ci pillədə, medalların sayına görə isə 33-cü pillədə qərarlaşdı.