Ayli Yurqenson
From Wikipedia, the free encyclopedia
Ayli Yurqenson (est. Aili Jürgenson,; 25 may 1931, Tallin – 9 avqust 2017) — 1946-cı il mayın 8-nə keçən gecə Tallində sovet əsgərlərinin xatirəsinə ucaldılmış müvəqqəti taxta abidəni partladan estoniyalı məktəbli. O, məktəbli dostu Ageeda Paavel ilə birlikdə bu aksiyanı həyata keçirib. Yurqenson deyib ki, onun motivi hakimiyyət tərəfindən Estoniyanın Müstəqillik Müharibəsində həlak olan Estoniya əsgərlərinin abidələrinin dağıdılmasına görə qisas almaqdır. Hər iki məktəbli qız uzun müddətə azadlıqdan məhrum edilib. 1998-ci ildə Ayli Yurqenson Estoniyanın ən ali mükafatı olan - Qartal Xaç ordeninə layiq görülüb. Mükafatı ona şəxsən ölkə prezidenti təqdim edib.
Cəld faktlar Doğum adı, Doğum tarixi ...
Ayli Yurqenson | |
---|---|
est. Aili Jürgenson | |
Doğum adı | Aili Jürgenson |
Doğum tarixi | 25 may 1931(1931-05-25) |
Doğum yeri | |
Vəfat tarixi | 9 avqust 2017(2017-08-09) (86 yaşında) |
Vətəndaşlığı |
SSRİ Estoniya |
Fəaliyyəti | məşqçi, freedom fighter[d] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla