Ay fırıldağı
From Wikipedia, the free encyclopedia
Ay fırıldağı — Bir qrup insan tərəfindən irəli sürülmüş bir iddiadır. Apollon Layihəsi ilə insanlığın Aya ayaq basmadığını, əslində bütün layihənin bir yalandan ibarət olduğu iddiaları ictimaiyyət də əhəmiyyətli dərəcədə tərəfdar toplamışdır. Bu iddialar tarixçilər və kosmik araşdırmaçıları tərəfindən qəbul edilmir və bu əsilsiz iddianı təsdiq edən çoxlu sayda elmi dəlillər mövcud olduğu üçün bu fakt, elmi ictimaiyyətdə şübhə doğurmur.
Ay fırıldağı iddialarının ABŞ əleyhdarı olan ölkələr, toplumlar və şəxslər ilə yaxından əlaqəsi vardır. Çünki Apollon Layihəsi, Soyuq Müharibə illərində ABŞ ilə SSRİ-nin girişdiyi Kosmik yarışın bir parçası idi və ABŞ-nin qələbəsi ilə nəticələnmişdi. Xüsusilə siyasi olaraq müxalif və ABŞ xaricindəki milliyyətçi iqtidara meylli kəslər, Apollon Layihəsini ABŞ-nin qlobal təhkiminin bir simvolu olaraq görməkdədir. Bu kəslərin ABŞ əleyhdarı duyğuları, Aya insanın getməsi fikrinin gətirdiyi qeyri-mümkünlük hissiylə birləşincə Ay fırıldağı inancına səbəb olmuşdur. Ay enişlərinin saxtakarlıq olduğunu müdafiə edənlər, bu iddialarını müxtəlif konkret dəlillərlə dəstəkləməyə çalışır. Ancaq indiyə qədər iddiaların etibarlılığının qəti bir dəlili ortaya qoyulmamışdır.
2000-ci illərin sonlarından bu yana, Apollon proqramının Ay üzərindəki izləri LROC kosmik gəmisi tərəfindən yüksək keyfiyyətli fotoşəkillərlə göstərilmişdir. Bu fotoşəkillər də Ay modulları və kosmonavtların buraxdığı izlər görülə bilməkdədir. 2012-ci ildə Apollon vəzifələrində Aya tikilən və hələ ayaqda duran bayraqların fotoşəkilləri nəşr olunmuşdur.