Avstraliya faunası
From Wikipedia, the free encyclopedia
Avstraliya faunası — Avstraliyanın hüdudları daxilində mövcud olan heyvanlar aləmi. Avstraliya ərazisi xüsusi Avstraliya biocoğrafi sahəsinə daxildir. Avstraliyanın faunası qədim və yüksək dərəcədə endemikdir. Burada ali məməlilər, primatlar və yırtıcı heyvanlar (avropalıların gətirdiyi dinqo itindən başqa) yoxdur. Mezozoy və Kaynozoy dövrlərinə məxsus heyvanlar (kisəlilər və s.) qalmışdır. İbtidai məməlilərdən ördəkburun və yexidnaya təsadüf olunur. Heyvanların bir çoxu insanların təsərrüfat fəaliyyəti, ovçuluq və landşaftın dəyişməsi nəticəsində qırılmışdır. Materikə gətirilmiş adadovşanlarının Avstraliyada otlaqların xeyli hissəsini məhv etməsi kisəlilərin azalmasına səbəb olmuşdur. Kenquruların bir neçə növü qırılmış, kisəli canavar, vombatların bir neçə növünün nəsli kəsilməkdədir.[2]