Assassin's Creed Origins
2017-ci ildə satışa çıxarılan və Ubisoft tərəfindən hazırlanan video oyunu / From Wikipedia, the free encyclopedia
Assassin's Creed Origins (azərb. Qatilin İnancı Başlanğıc) — "Ubisoft Montreal" tərəfindən hazırlanan, "Ubisoft" şirkəti tərəfindən nəşr olunan və döyüş-macəra janrında olan videooyun. "Assassin's Creed" oyun seriyasındakı 10-cu əsas epizoddur (ümumilikdə 17) və 2015-ci ildə satışa çıxarılan "Assassin's Creed Syndicate" videooyununun davamıdır. Oyun 27 oktyabr 2017-ci il tarixində Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün satışa çıxarılmışdır.
Assassin's Creed Origins | |
---|---|
| |
Hazırlayan | Ubisoft Montreal[qeyd 1] |
Yayımlayan | Ubisoft |
Lokalizatorlar | Softclub |
Seriya | "Assassin's Creed" |
Anons tarixi | 12 iyun 2017 |
Buraxılış tarixi | 27 oktyabr 2017 |
Janrlar |
Döyüş-macəra Stels-ekşen |
Yaş reytinqləri |
BBFC: 18 ESRB: M — Mature USK: 18 |
Rejissorlar | Əşrəf İsmayıl |
Dizaynerlər | Erik Baptizat |
Ssenaristlər |
Riçard Farreze Jan Qesdon Əşrəf İsmayıl Mustafa Məhra Alen Mersika Metyu Zaqurak |
Rəssamlar | Rafael Lakost |
Bəstəkarlar | Sara Şaxner |
Texniki məlumat | |
Platformalar |
Microsoft Windows PlayStation 4 Xbox One |
Mühərriklər | AnvilNext 2.0 |
Oyun rejimləri | Birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili, rus dili |
Daşıyıcılar | DVD (PC üçün), Blu-Ray (PS4 və Xbox One üçün), rəqəmsal dağılım (Steam, PSN, Xbox Live) |
Sistem tələbləri | |
İdarəetmə |
Klaviatura və siçan qeympad |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Oyun Qədim Misirin Ptolemeylər dövrünün sonuna yaxın bir vaxtda (e.ə 49–47), Kleopatranın hakimiyyətində keçir və tarixi hadisələri uydurma versiyaları ilə yenidən qurur. Oyunun hekayəsi azadlığı dəstəkləməklə sülh üçün vuruşan "Gizli Olanlar" (ing. The Hidden Ones) – "Assasin Qardaşlığı"nın (ing. Assasin Brotherhood) sələfi və məcburi şəkildə qayda-qanunun təmin olunmasıyla sülh arzulayan "Qədimlər Ordeni" (ing. Order of Ancients) – "Tampliyer Ordeni"nin (ing. Templar Order) sələfi arasında olan və əsrlərdir davam edən münaqişənin mənşəyini öyrənir. Oyunun baş qəhrəmanı Sivalı Bayek mecaydır – xalqı qorumağa and içmiş ali vəzifə. Oyunçular Qədim Misirin açıq dünyasını at, dəvə və ya qayıqla gəzə bilərlər.
"Origins" tənqidçilərdən müsbət rəylər almışdır. Oyun hekayəsi, personajları, səs aktyorluğu, yenidən işlənmiş geympley sistemləri, böyük dünyası və vizuallarına görə təriflənmiş, ancaq texniki problemlərinə görə tənqidlənmişdir. Oyun bir çox tənqidçi tərəfindən seriyanın ən yaxşı və ya ən yaxşı oyunlarından biri seçilmişdir. Oyunun davamı – "Assassin's Creed Odyssey"in əsas süjeti Qədim Yunanıstanda cərəyan edir və 2018-ci ildə satışa çıxarılmışdır.