Ankara döyüşü — Osmanlı sultanı İldırım Bəyazid ilə Teymurləng arasında Ankaranın Çubuq Düzənliyində baş verən döyüş. Orta əsrlər tarixinin ən qanlı döyüşlərindən biri olan və Osmanlıların məğlubiyyəti ilə tamamlanan Ankara döyüşü Osmanlı İmperiyasının parçalanmasına və Fetrət Dövrü (1402–1413) olaraq bilinən bir iqtidar boşluğu dövrünün yaşanmasına gətirib çıxardı.
Cəld faktlar Tarix, Yeri ...
Ankara döyüşü |
---|
Teymurləngin İldırım Bəyazidlə müharibəsi |
Ankara döyüşü, moğol təsviri. |
Tarix |
20 iyul 1402 |
Yeri |
Ankara yaxınlığında Çubuq düzü |
Səbəbi |
Əmir Teymurun Asiya yürüşünə başlamadan öncə arxasında güclü qüvvənin saxlamaması üçün |
Nəticəsi |
Teymurilərin qələbəsi |
|
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bağla