Anemas (sərkərdə)
Bizans sərkərdəsi / From Wikipedia, the free encyclopedia
Numan ibn Əbdüləziz ibn Şüeyb ibn Ömər Kurtubi, həmçinin Bizans mənbələrində Anemas (yun. Ἀνεμᾶς) — Bizans sərkərdəsi. O, Kritin sonuncu əmiri Əbdüləziz ibn Şüeybin oğlu olmuşdur. Numan Xandaksın mühasirəsindən və Kritin Bizans tərəfindən ələ keçirilməsindən sonra əsir götürülmüş, Konstantinopola aparılmış və burada Nikofor Fokanın triumfunda nümayiş etdirilmişdir.[1]
Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Anemas | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | 971 |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Atası | Əbdüləziz ibn Şüeyb |
Bağla
Konstantinopolda məskunlaşdıqdan sonra Anemas xristianlığı qəbul etmiş və imperatorun cangüdəni olaraq Bizans ordusuna qatılmışdır.[2][3] XI–XII əsrlərdə Bizans aristokratiyasında ortaya çıxmış Anemas ailəsinin onun nəslindən gəlməsi mümkündür.[3]