Andrenin Arktika ekspedisiyası
From Wikipedia, the free encyclopedia
Andrenin Arktik şar ekspedisiyası — 1897-ci ildə ekspedisiyada iştirak edən hər üç tədqiqatçının ölümünə səbəb olan ekspedisiya, Şimal qütbünə çatmaq cəhdi. İlk isveç hava şarı idarəçisi S. A. Andre, Svalbarddan birbaşa şimal qütbünün üzərindən keçərək Rusiya və ya Kanadaya hidrogen hava şarı ilə yola çıxmağı təklif etdi. Təklif Şimal qütbü uğrunda yarışda geridə qalmış İsveç xalqı tərəfindən vətənpərvər coşğunluqla qarşılandı.
Andre hava şarı ilə ekspedisiya planı ilə əlaqəli təhlükələrin bir çox erkən əlamətlərinə məhəl qoymadı. Təhlükəsiz səyahət üçün hava şarını müəyyən dərəcədə idarə edə bilmək zəruri idi. Andrenin icad etdiyi kəndir sükan texnikasının effektsiz olduğu ilə əlaqəli bir çox dəlil var idi. Ekspedisiyanın taleyi bu kəndirlərdən asılı idi. Ən pisi isə Örnen (Qartal) adlı bu qütb şarı heç sınanmadan Parisdəki istehsalçısından birbaşa Svalbarda gətirildi. Ölçmələr hava şarının gözləniləndən daha çox sızdığını göstərsə də, Andre bu həyəcanlı şərhləri görməməzlikdən gəlir. Ekspedsiyanın müasir tələbələrinin əksəriyyəti Andrenin nikbinliyini, texnologiyanın gücünə inamını və təbiət qanunlarına etinasızlıqla yanaşmasının özünün və iki yoldaşı Nils Strindberg və Knut Frenkelinin ölümünə səbəb olan əsas hadisələr kimi görürlər.[1]
1897-ci ilin iyul ayında Andre, Strindberq və Frenkelin Svalbarddan ayrıldıqdan sonra hava şarı sürətlə hidrogen itirir və 2 gün sonra dəniz buzuna dəyərək qəzaya uğrayır. Hər üç tədqiqatçı heç bir zədə almır və səfərin çətin olacağını anlayır. Onlar bu səfər üçün lazımı qədər yaxşı hazırlaşmamış, geyimləri və təchizatlanmaları yetərsiz olmuşdur. Oktyabr ayında qrup Svalbarddakı tərk edilmiş Ağ adada (Şpitsbergen) əldən düşürlər və buradaca ölürlər. 33 il Andre ekspedisiyasının taleyi həll olunmamış, müəmmalı məsələlərdən biri olaraq qalmışdır. Daha sonra isə ekspedisiyanın son düşərgəsinin 1930-cu ildə təsadüfən tapılması İsveç mediasında sensasiya yaratdı.
Andrenin əsas motivləri qütb bölgələrinin kəşfinin kişilik və vətənpərvərliyi sübut etmək üçün zəmin olaraq görməsi idi. Ən erkən nümunələrdən biri Per Olof Sundmanın hekayələşdirilmiş və 1967-ci ildə ən çox satan roman olan Qartal Uçuşu kitabında Andreni onun sponsorları və media qarşısında zəif və gülünc kimi göstərməsidir. Müasir yazarların Andrenin iki gənc yoldaşının həyatını faktiki olaraq itirilməsində günahkar olması ilə əlaqədar çıxardığı hökm, onun İsveç millətçi şücaətinin qurbanı olaraq görülməsindən asılı olaraq 20-ci əsrin əvvəllərində dəyişdi.[2]