Amerika tanrıları (teleserial, 2017)
From Wikipedia, the free encyclopedia
Amerika tanrıları (ing. American Gods) – Nil Qeyman tərəfindən yazılmış və 2001-ci ildə nəşr olunmuş eyniadlı roman əsasında çəkilən ABŞ teleserialı. Brayan Fuller və Maykl Qrinin yaradıcısı olduğu teleserial Starz telekanalında nümayiş etdirilir. Fuller və Qrin serialın şourannerləridir. Prodüserləri Qeyman, Fuller, Qrin, Kreyq Seqielski, Stefani Berk və Tom Birsdir.
Amerika tanrıları | |
---|---|
| |
Janr |
drama fentezi |
Əsaslanır | Nil Qeymanın "Amerika tanrıları" romanı |
İlk baxış tarixləri | 30 aprel 2017 |
Prodüser |
Brayan Fuller (I mövsüm) Mayk Qrin (I mövsüm) Cessi Aleksandr (II mövsüm) Nil Qeyman Keyq Seqielski Stefani Berk Devid Sleyd Adam Keyn |
Rollarda |
Riki Uittl Emili Brouninq Krispin Qlover Brüs Lanqli Yetide Badaki Pablo Şrayber İen Makşeyn |
Şüar | İnan (ing. Believe) |
Bəstəkar | Brayan Reytzell |
İstehsalçı ölkə | ABŞ |
Studiya |
Living Dead Guy J.A. Green Construction Corp. The Blank Corporation FremantleMedia North America Starz Originals |
Dil | ingiliscə |
Rəng | rəngli |
Mövsüm sayı | 3 |
Seriya sayı | 26 |
Seriya vaxtı | 52-63 dəq. |
Telekanal | Starz |
IMDb | ID1898069 |
Format | 4K (Ultra HD) |
starz.com/series/america… | |
Vikianbarda əlaqəli mediafayllar |
Teleserial həbsxanandan yenicə çıxmış Kölgə Munun Mister Çərşənbə adlı qəribə şəxslə tanış olmasından, ardından özünü Yeni tanrılar ilə Qədim tanrılar arasında getdikcə böyüyən müharibənin ortasında tapmasından bəhs edir. Serialın ilk mövsümü Starz kanalında 2017-ci ilin aprelindən iyununa kimi göstərilmişdir. İkinci mövsümdə Qrin və Fulleri Aleksandr əvəz etmişdir. May ayında ikinci mövsümü təsdiqlənmişdir və 10 mart 2019-cu ildə yayımlanması planlaşdırılır.
Serial vizuallığına və aktyorların performansına görə bəyənilmiş və 2 kateqoriyada Emmi mükafatına namizəd göstərilmişdir, lakin qalib gəlməmişdir.