Almanların Turfan ekspedisiyaları
From Wikipedia, the free encyclopedia
Turfan ekspedisiyaları- 1902-1914-cü illərdə Çinin Sincan bölgəsinə, əsasən Turfan şəhərinə təşkil edilmiş ekspedisiyalar. Bu səfərlər Berlin Etnoqrafiya Muzeyinin keçmiş rəhbəri Albert Qrünvedelin təşəbbüsü ilə Albert von Le Coq tərəfindən təşkil edilmişdi. Muzey kollektivindən olan və səfərlər zamanı mağaralardakı rəsmlərin fotoşəkilini çıxarmaqla məsul şəxs Teador Bartus hər 4 ekspedisiyada da iştirak etmişdir. Hər iki rəhbər həm Qrunvedel həm də Le Coq ekspesiyalardan minlərlə fotoşəkillə yanaşı bir çox əşya və 40 mindən çox mətnlə Berlinə qayıtmışdır.[1] 1902-ci ildə ilk araşdırma qrupu silah manufakturaçısı Fridrix Krupp tərəfindən maliyyələşdirilən bu səfərə başlamış, 1 il sonra isə xəzinələrlə dolu 46 sandıqla səfəri tamamlamışdı. Bunun nəticəsində həvəslənən II Vilhelm ikinci ekspedisiyanın maliyyələşdirilməsinə kömək etdi. Üçüncüsü isə Mədəniyyət Nazirliyinin vəsaiti hesabına maliyyələşdirilib. Le Coq rəhbərliyi altında dördüncü ekspedisiya bir çox çətinliklərlə üzləşdi və nəhayət, 1914-cü ildə Birinci Dünya Müharibəsinin başlaması ilə yarımçıq qaldı.
Xüsusilə ikinci ekspedisiya zamanı Təkləmakan səhrası ətrafında qədim şimal marşrutu boyunca bir sıra yerlərdə mühüm tapıntılar aşkar edilmişdir.