Aleksandr Şalimov
Sovet və ukraynalı cərrahı / From Wikipedia, the free encyclopedia
Aleksandr Alekseyeviç Şalimov (ukr. Шалімов Олександр Олексійович; 20 yanvar 1918, Vvedenka[d] – 28 fevral 2006, Kiyev) sovet və ukraynalı cərrahı, tibb elmləri doktoru (1958), professor (1961), Ukrayna SSR Elmlər Akademiyasının həqiqi üzvü (1978-ci ildən), Ukrayna Tibb Elmləri Akademiyasının həqiqi üzvü (1993-cü ildən). Sosialist Əməyi Qəhrəmanı (1982), Ukrayna Qəhrəmanı (2005).
Aleksandr Şalimov | |
---|---|
ukr. Олександр Олексійович Шалімов | |
Doğum tarixi | 20 yanvar 1918(1918-01-20) |
Doğum yeri |
|
Vəfat tarixi | 28 fevral 2006(2006-02-28) (88 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | universitet müəllimi[d], cərrah, həkim |
Elmi dərəcəsi | |
Partiyası | |
Mükafatları |
|
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
O, Beynəlxalq Cərrahlar Assosiasiyasının və Avstriya, Almaniya, Rusiya və Ukrayna Cərrahlar Assosiasiyasının üzvü, Ukrayna Tibb Elmləri Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü olub. Ukrayna Milli Tibb Elmləri Akademiyasının Kiyev Elmi-Tədqiqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutunun (Şalimovun ölümündən sonra instituta onun adı verilib — Ukrayna Milli Tibb Elmləri Akademiyasının A. A. Şalimov adına Cərrahiyyə və Transplantologiya İnstitutu) yaradıcılarından biridir. Lvov Tibb Universitetinin fəxri doktorudur.