Alabama qraflıqlarının siyahısı
From Wikipedia, the free encyclopedia
Alabama qraflıqlarının siyahısı — ABŞ-nin Alabama ştatının 67 qraflığı.[1] Hər bir qraflıq öz sərhədləri daxilində yerli səviyyədə idarəetməni icra edir. İndiki ştat sərhədləri ilə əhatə olunmuş ərazi tədricən Amerika Birləşmiş Ştatlarına birləşdirildi. ABŞ İstiqlal müharibəsindən sonra, Qərbi Florida müqavilə ilə İspaniyaya verildi, qalan hissəsi isə ilk növbədə Missisipi Ərazisi və daha sonra Alabama Ərazisi olaraq təşkil edildi.[2] Ərazi məclisi, 4 iyun 1800-cü ildə yaradılan Vaşinqton qraflığının ən qədim qraflıq formalaşması da daxil olmaqla, bu günə qədər mövcüd qalan ən qədim qraflıq vahidlərini qurdu.[3] 1814-cü ildə Fort Cekson Müqaviləsi ərazini Amerika mühacirləri üçün açdı, bu da öz növbəsində daha sürətlə qraflıqların yaradılmasına səbəb oldu. Alabama 1819-cu ildə 22-ci ştat olaraq İttifaqa qəbul edildi.[4] Alabama ştatının qanunverici orqanı, Hindilərin Köçürülməsi Aktı qüvvəyə mindiyi və köçkünlərin Alabamanın müxtəlif ərazilərində məskunlaşdığı üçün keçmiş yerlilərin torpaqlarından əlavə qraflıqlar yaratdı.[5] 1820-ci ildə Alabamanın 29 qraflığı var idi. 1830-cu ilə qədər 36 qraflıq var idi və yerli amerikalılar hələ də Alabamanın şimal-şərqində və uzaq qərbində geniş əraziləri işğal edirdilər. 1840-cı ilə qədər 49, 1850-ci ilə qədər 52, 1870-ci ilə qədər 65, və 1903-cü ilə qədər indiki 67 qraflıq yaradılmışdı.[6] 9 fevral 1903-cü ildə yaradılmış Hyuston qraflığı ştatdakı son yaradılan qraflıq idi.[3]
Alabama qraflıqları | |
---|---|
Yerləşməsi | Alabama |
Nömrəsi | 67 |
Əhalisi | Ən çox: 667.820 (Cefferson) Ən az: 7.629 (Qrin) Ortalama: 74,989 (2021) |
Ərazisi | Ən böyük: 1,590 kv. mil (4,100 km2) (Bolduin) Ən kiçik: 535 kv. mil (1,390 km2) (Etova) Ortalama: 782 kv. mil (2,030 km2) |
İdarə orqanı |
|
Alt qurumu |
|
2021-ci il ABŞ əhalisinin siyahıyaalınması məlumatlarına görə, Alabamanın 67 qraflığının ortalama əhalisi 75.222 nəfərdir, ən sıx məskunlaşan Cefferson qraflığı (667.820) və ən az olan Qrin qraflığıdır (7.629).[7] Ortalama torpaq sahəsi 756 kv. mil (1,960 km2)-dir. Ən böyük qraflıq Bolduin (1,590 kv. mil (4,100 km2)), ən kiçik isə Etovadır (535 kv. mil (1,390 km2)).[8] Alabama Konstitusiyası tələb edir ki, Alabamada hər hansı yeni qraflıq ən azı 600 kv. mil (1,600 km2) ərazini əhatə etsin və bu, ştatda yeni qraflıqların yaradılmasını effektiv şəkildə məhdudlaşdırır.[9]
Alabama Gəlir Departamenti Motorlu Nəqliyyat Bölməsi avtomobilin qeydiyyatda olduğu qraflığı müəyyən edən bir və ya iki rəqəmli nömrə daşıyan standart nəqliyyat vasitəsi qeydiyyat nişanları verir. Bu nömrə aşağıdakı cədvəlin dördüncü sütununda verilmişdir. İlk üç prefiks ştatın tarixən ən sıx məskunlaşan qraflıqları üçün saxlanılır və bundan sonra əlifba sırası ilə davam edir. Fərdi nömrə nişanları hər bir lisenziyalaşdırma idarəsində ardıcıl olaraq verilir. Prefiksin bir və ya iki rəqəm olmasından asılı olaraq nömrələr XAA1111 və ya XXAA111 formatındadır. Normadan artıq qeydiyyatları qeydiyyat nömrələrindən biri üçün hərf əvəz edilməklə yerinə yetirilir ki, XXZ999Z-dən sonra XXA0A0A gəlir.[10]
Birləşmiş Ştatlar hökuməti tərəfindən qraflıqları unikal şəkildə müəyyən etmək üçün istifadə edilən Federal Məlumat Emal Standartları (FIPS) kodu hər bir girişlə təmin edilir. Cədvəldəki FIPS kodu küçidləri hər bir qraflıq üçün ABŞ Siyahıyaalma Bürosunun "tez faktlar" səhifələrinə yönləndirir. Alabamanın FIPS ştat kodu 01-dir.