Alı Mustafayev
From Wikipedia, the free encyclopedia
Alı Mustafayev (14 aprel 1952, Qazaxbəyli, Qazax rayonu – 20 noyabr 1991, Dağlıq Qarabağ) — Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.
Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Alı Mustafayev | |
---|---|
Alı Mustafa oğlu Mustafayev | |
Doğum tarixi | 14 aprel 1952(1952-04-14) |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 1991(1991-11-20) (39 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Qarakənd faciəsi |
Dəfn yeri | |
Atası | Mustafa Mustafayev |
Təhsili | |
Fəaliyyəti | tərcüməçi, jurnalist |
Mükafatları | 1992 1991 |
Bağla
O, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olmuşdur. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub.[1]